PRoMete все тексты (слова) песен, переводы, видео, клипы
- Intro
Mən bir şeyi anladım bu illər ərzində
Çətin heç nə yox həyatda
İstədiyim hər şeyi dişimlə-dırnağımla
Qopardım mən həyatdan
Aça bildiyincə aç ürəyini
Və hisslərini, tam rahatla
Dünənlərdən daha yaxşı olmağa
- Otaq
Sən bəlkə də bilmirsən, nədir diri ikən ölmək
Sən bəlkə də bilirsən, amma dinmirsən, dinə bilmirsən
Qulağına qonağam məni daha dərinə burax
Bax gör nəyi mənə sən, nəyi sən mənə verə biləcəksən, bir az paylaşaq
Keçdik içəri, mən çox içən deyiləm, amma bəlkə birgə içərik
Açarıq ürəyimizin dibini, bir-birimizin üzünə deyəsi sözlər var
Deyərik qulağa, sonra qulaqcıqların ipi dolaşar bədənə
- Utopiya
Fikirləş ki, bitməz gecələr
Fikirləş ki, açılmaz səhər
Fikirləş ki, daha qapını döyən olmayacaq
Boşalıbdır bu şəhər
Fikirləş ki, tək darıxırsan
Fikirləş ki, daim qorxursan
Fikirləş ki, kimisə axtarırsan
Amma heç vaxt tapmayacaqsan